Somali prezidenti Həsən Şeyx Məhəmmədin Moqadişudakı sarayının yaxınlığında onun korteji binadan çıxarkən partlayış baş verib. Dövlət başçısı xəsarət almayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Somali Guardian” portalı məlumat yayıb.
Qeyd edilib ki, partlayış prezident sarayının yaxınlığındakı El-Qaabta kəsişməsində baş verib, hücum nəticəsində ölənlər olub, təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb. Hücuma görə məsuliyyəti əl-Şəbab silahlıları öz üzərinə götürüb.
Hadisəyə baxmayaraq prezident Əş-Şəbab yaraqlılarına qarşı əməliyyatlar aparan hərbçilərlə görüşmək üçün Orta Şabel bölgəsinə səfərini davam etdirib.