Xəbərlər

Estoniya Rusiya ilə sərhəddə istehkam xəttinin tikintisinə başlayacaq

Estoniya hakimiyyəti bu ilin payızında Rusiya ilə sərhəd yaxınlığında müdafiə istehkamları şəbəkəsinin tikintisinə başlayacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ERR” dövlət televiziya və radiosunun portalı məlumat yayıb.

Verilən məlumata görə, onlar ilkin olaraq sərhəd zolağının şimal-şərq hissəsində 14 bunkerdən və Rusiya Federasiyası ilə dövlət sərhədi zonasının cənub-şərqində 4 bunkerdən ibarət qala tikməyi planlaşdırırlar. Beton istehkamlar 152 mm-lik sursatlara tab gətirəcək və Estoniya hərbçiləri onları tikərkən Ukrayna münaqişəsinin təcrübəsini nəzərə almaq niyyətindədirlər. Ümumilikdə 600-ə qədər bunker tikiləcək. Şəxsi torpaq sahələrindən də istifadə edilməsi nəzərdə tutulur.

“Biz bunkerləri pilotsuz təyyarələrə qarşı sınaqdan keçirməmişik, lakin sınaqlarda istifadə olunan partlayıcı maddələrin miqdarı onlardan qorunmaq üçün kifayətdir. Bunkerləri quraşdırarkən Ukraynada əldə edilmiş təcrübəni nəzərə alırıq, burada dronların birbaşa bunkerə girə bilməməsi üçün dronlara qarşı xüsusi tor və vasitələrdən istifadə olunur”, – məlumatda bildirilib.