Xəbərlər

Fələstin: İsraillə münaqişənin həllində ABŞ və Ərəbistanın köməyinə ümid edirik

“Fələstin hökuməti Yaxın Şərq münaqişəsinin həllində ABŞ və Səudiyyə Ərəbistanının köməyinə ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Fələstinin Baş naziri Məhəmməd Mustafa deyib.

“İnanırıq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası münaqişəni sona çatdırmaq üçün razılaşma əldə etməyə kömək edəcək. Çünki o regionda sülh və sabitlik yaratmağa çalışır. Qəzza zolağında aparılan yenidənqurma prosesi Yaxın Şərqin simasını dəyişəcək. Biz zəmanət veririk ki, İsrail və HƏMAS əraziləri bərpa etmək yolunda bizə mane olmayacaq”, – nazir qeyd edib.