“Fələstin prezidenti Mahmud Abbas mayın 10-da Rusiya lideri Vladimir Putinlə görüşəcək və ikitərəfli münasibətləri, həmçinin Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezidentin diplomatik məsələlər üzrə müşaviri Mahmud Əl-Həbbaş bildirib.
“Görüş Rusiya ilə Fələstin arasında sıx tarixi əlaqələr olduğu üçün ikitərəfli münasibətləri və bütün sahələrdə birgə əməkdaşlığı gücləndirmək yollarını müzakirə etmək imkanı verəcək. Mahmud Abbas həmçinin İsrailin Fələstin xalqına, xüsusilə, Qəzza zolağına qarşı davam edən təcavüzü fonunda Fələstində baş verən son hadisələr və fələstinlilərin mövcud çağırışların öhdəsindən gəlmək mövzusundakı prioritetləri haqqında məlumat verəcək”, – müşavir əlavə edib.