“Fələstin Milli Administrasiyasının razılığı olmadan Qəzza zolağı ilə bağlı heç bir qərar qəbul edilə bilməz”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin prezidentinin rəsmi nümayəndəsi Nabil Əbu Rudeyna bildirib.
“Fələstin rəhbərliyinin razılığı olmadan Qəzza ilə bağlı heç bir qərar qəbul edilə bilməz. Biz ABŞ prezidenti Donald Trampın illər əvvəl təklifini rədd etmişik və indiki təklifini də rədd edəcəyik. Qəzza nə satılmaq, nə də bazarlıq etmək üçün predmet deyil”, – o qeyd edib.