Xəbərlər

Fələstin Qızıl Aypara Cəmiyyəti: İsrail Xan Yunisdəki sığınacaq mərkəzlərini hədəf alıb

“İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində sığınacaq mərkəzlərinə endirdiyi hava zərbəsi nəticəsində ölən və yaralananlar var”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti yazılı açıqlama verib.

“İsrail qüvvələrinin sığınacaq mərkəzlərini bombalaması nəticəsində ölən və yaralananlar var. Xan Yunisdəki qərargahlarının mühasirəyə alınması səbəbindən təcili yardım maşınları yaralıları çıxarmaq üçün hərəkət edə bilməyib”, – açıqlamada qeyd edilib.

Eyni zamanda, Anadolu Agentliyinin müxbiri Xan Yunusun qərbində yerləşən El-Məvasi bölgəsində 4 sığınacaq mərkəzinin hava hücumlarına məruz qaldığını bildirib.