Xəbərlər

Fermerlər Aİ qurumları qarşısında etiraz aksiyası keçiriblər

Fermerlər yüksək xərclər, qeyri-kafi dəstək, ucuz idxal məhsulları və sərt ekoloji siyasətlərə görə Avropa İttifaqı (Aİ) qurumları qarşısında etiraz aksiyası keçiriblər.

“Füyuzat”ın məlumatına görə, Belçikada müxtəlif fermer assosiasiyalarının çağırışı ilə yüzlərlə fermer Brüsseldə Aİ Komissiyası və Aİ Şurasının binası yaxınlığında toplaşıb.

300-ə yaxın traktorla fermerlər şəhərin əsas yollarında və Aİ ölkələrinin kənd təsərrüfatı nazirlərinin toplantı keçirəcəyi binanın ətrafında nəqliyyatın hərəkətini bağlayıb.

Aİ qurumlarının qarşısından keçən əsas yol Rue de la Loi-ni bağlayan fermerlər polis barrikadası ilə qarşılaşıblar. Fermerlər köhnə təkərlər və ot bağlamaları ilə dolu yük maşınını barrikadanın qarşısına ataraq yandırıblar.

Belçika polisi torpedo atan və müxtəlif şüarlar səsləndirən fermerlərin yandırdığı təkər və ot bağlamalarına müdaxilə etmək üçün qabaqlayıcı tədbirlər görüblər.

Fermerlər Ukrayna başda olmaqla müxtəlif bölgələrdən ucuz kənd təsərrüfatı və ərzaq məhsullarının idxal edilməməsini, Aİ-nin Argentina, Braziliya, Paraqvay və Uruqvayın üzvü olduğu MERCOSUR ilə azad ticarət sazişi danışıqlarına xitam verilməsini və Aİ-nin kənd təsərrüfatı siyasətinin həyata keçirilməsini tələb edir.

Tələblər arasında bürokratik prosedurların azaldılması, daha çox subsidiya və dizel yanacağı dəstəyinin verilməsi, artan xərclər fonunda fermerlərin məhsullarına yüksək qiymətlərin ödənilməsi daxildir.