Xəbərlər

Fidan: ABŞ-ın Ukrayna ilə bağlı təşəbbüslərini gözləyirik

“Türkiyənin xarici işlər naziri Hakan Fidan iyun ayına qədər Ukraynadakı münaqişənin həlli üçün ABŞ-dan və digər ölkələrdən müəyyən təşəbbüslər gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hakan Fidan müsahibəsində bildirib.

“Mən görürəm ki, ABŞ prezidenti Donald Trampın administrasiyası hazırda müəyyən qərarlar qəbul etmək üçün bu mövzuda məlumat toplayır. Beynəlxalq ictimaiyyətin Trampa olan inamını itirməsinin və problemin daha da böyük çıxılmaz vəziyyətə düşməsinin qarşısını almaq üçün etibarlı məlumat lazımdır. ABŞ hakimiyyətindən bu məsələ ilə bağlı təşəbbüs gözləyirik. Əlbəttə, Tramp və Putin müəyyən çərçivədə görüşlər keçirməlidir. Bu görüş üçün müəyyən iş görülməlidir, prinsiplər hazırlanmalıdır”, – nazir qeyd edib.