Xəbərlər

Fidan: Ərdoğan ABŞ-a səfər edə bilər

“Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Eyni zamanda, onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı var.

“Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində işlər davam edir. Prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində onlar NATO-nun Haaqa sammitində də görüşə bilərlər”, – nazir bildirib.