Xəbərlər

Fidan: İstanbul danışıqları Ukraynada nizamlanma üçün əsas ola bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən danışıqların hərtərəfli atəşkəs və münaqişənin sülh yolu ilə həlli üçün əsas olacağına ümid etdiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazir Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasında bildirib.

“Ümid edirik ki, İstanbulda keçiriləcək danışıqlar gələcəkdə hərtərəfli atəşkəsə, ədalətli və davamlı sülhə zəmin yaradacaq”, – Fidan qeyd edib.