Xəbərlər

Fidan: Sübut etdik ki, danışıqlar konkret nəticə verə bilər

“Biz Rusiya-Ukrayna sülh danışıqlarının konkret nəticə verə biləcəyini sübut etdik. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın paytaxtı Kiyevdə xarici işlər naziri Andriy Sibiha ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Rusiya-Ukrayna müharibəsində və mayın 16-da İstanbulda keçirilən sülh danışıqlarında “kritik yol ayrıcının” yaxınlaşdığına işarə edən Fidan bildirib: “Danışıqların əvvəlində də qeyd etdiyim kimi, qarşımızda iki yol var. Ya bu müharibənin davam etdirilməsinə göz yumacağıq, ya da Türkiyə ilə daimi sülhə nail olacağıq”.