Xəbərlər

Fidan: Türkiyə istənilən vaxt Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazırdır

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin istənilən vaxt Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazır olduğunu və bunu özünün xüsusi missiyası kimi gördüyünü bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.

“Biz əvvəllər belə bir tədbirə ev sahibliyi etməyə hazır olduğumuzu bildirmişik və hər an buna hazırıq. Sözün açığı, bunu özümüzə borc bilirik. Bu, regionumuz üçün, dünyada sülh naminə bir missiyadır. Müharibənin ilk günlərindən prezidentimiz beynəlxalq ictimaiyyəti sülhə çağırır. Çünki biz bir regionda yaşayırıq. Təbii ki, bu problemin həllini istəyirik”, – nazir qeyd edib.