“Türkiyə Suriyada Bəşər Əsəd administrasiyasının devrilməsinə səbəb olan silahlı müxalifətin əməliyyatında iştirak etməyib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan məlumat verib.
“Türkiyə prosesin bir parçası deyildi. HTŞ və digər müxalif qrupların əməliyyata başlamasından sonra biz onun problemsiz şəkildə həyata keçirilməsi üçün intensiv səylər göstərdik, lakin əvvəllər heç bir ölkə və ya qrupla birləşməmiş və belə bir planlamada iştirak etməmişdik”, – “Ekonomim” qəzeti nazirdən sitat gətirib.
Fidanın sözlərinə görə, İsrail heç vaxt Əsədin getməsini istəməyib.
“İsrail heç vaxt Əsədin getməsini istəmədi. Əsəd ümumiyyətlə onun üçün faydalı oyunçu idi”, – deyə Fidan qeyd edib.