Xəbərlər

Fiko: Qərb münaqişədən Rusiyanı zəiflətmək üçün istifadə etmək istəyirdi

“Qərb Ukraynadakı münaqişədən Rusiyanı zəiflətmək üçün istifadə etmək istəyirdi, lakin onun sanksiya siyasəti iflasa uğradı”.

“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.

“Qərb bu münaqişədən istifadə edərək Rusiyanı zəiflətmək qərarına gəldi. Ukraynaya milyardlarla avro və çoxlu dollarlar gedir, nəticə nədir? Rusiya hərbiçiləri getdikcə daha çox ərazi əldə edir, sanksiyalar işləmir və Ukrayna güclü mövqedən danışa bilmir”, – Baş nazir əlavə edib.