“Ukrayna rəhbərliyi ölkəsini fəlakətə aparır, Kiyev bunun əvəzini ərazi itkisi ilə ödəyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib.
“Mən müharibəni açıq şəkildə dəstəkləyən Qərb siyasətçiləri kimi danışmaq istəmirəm və mən heç vaxt razı olmayacağam ki, hər hansı bir geosiyasi maraqlar naminə, slavyanlar bir-birini öldürsünlər. Ukrayna prezidentinin atəşkəsdən niyə imtina etdiyini, bütün ölkəni niyə fəlakətə sürüklədiyini başa düşmürəm, çünki Ukraynanın mümkün danışıqlarda mövqeyi hər gün pisləşir. Mən münaqişə tərəflərinə atəşkəsin bağlanması və sülh danışıqlarına başlaması üçün təzyiq göstərməklə yanaşı, Slovakiyanı istənilən səviyyədə istənilən növ sülh danışıqların təşkili üçün uyğun ölkə kimi təklif edirəm”, – Baş nazir əlavə edib.