Xəbərlər

Filippin ABŞ-dan “Typhon” sistemləri ala bilər

“Filippin orta mənzilli raket sistemləri almağı planlaşdırır. Xüsusilə Amerika istehsalı “Typhon” sistemlərinin əldə edilməsi imkanları nəzərdən keçirilir”.

“Füyuzat”ın məlumatına görə, bunu ada dövlətinin müdafiə naziri Gilberto Teodor bildirib.

O, “The Japan Times”a deyib: “Bizim bu sinifdən silahlara ehtiyacımız var və onlar artıq alış-veriş siyahımızdadır”.

Müdafiə idarəsinin rəisi qeyd edib ki, Manilada orta mənzilli raket komplekslərinin alınması üçün lazım olan vəsait var: “Eyni zamanda, bu cür silahların alınması ilə bağlı yekun qərarın qəbulu üçün, xüsusən də seçim Amerika “Typhon” sistemlərinin xeyrinə olarsa, “müxtəlif səviyyələrdə təsdiq” tələb olunacaq”.