Xəbərlər

Filippin gəmisi Çin sahil mühafizə gəmisinə hücum edib

Filippinin xidmət gəmisi Pekin və Manila arasında ərazi mübahisəsinin predmeti olan Cənubi Çin dənizində Huanqyan adası yaxınlığında qəsdən Çin sahil mühafizə gəmisinə çırpılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Çin Xalq Respublikası (ÇXR) Dəniz Polisi Departamentinin rəsmi nümayəndəsi Liu Dejun bildirib.

“Filippinin 3003 saylı xidmət gəmisi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb, kəskin dönüş edib, geriyə dönüb və bilərəkdən Çinin 3302 saylı sahil mühafizəsi gəmisinə çırpılıb”, – nümayəndə qeyd edib.