Xəbərlər

Filippində daşqınlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər ölüb

Filippində leysan yağışların səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində 6 nəfər həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Filippinin yerli səlahiyyətliləri açıqlama verib.

“Filippinin ən böyük adası olan Mindanaonun Davao de Oro bölgəsində meydana gələn daşqın və torpaq sürüşmələri nəticəsində 6 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, 23 sürüşmənin baş verdiyi Maraqusan bələdiyyəsi təbii fəlakətdən ən çox zərər çəkən bölgə olub.