Finlandiya hökuməti Rusiya ilə sərhədi növbəti xəbərdarlığa qədər bağlı saxlamaq qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiya Nazirlər Kabinetinin saytında yerləşdirilən məlumatda qeyd olunub.
“2025-ci il aprelin 16-da hökumət sərhəd-keçid məntəqələrini bağlı saxlamaq və sığınacaq üçün müraciətlərin qəbulunu mərkəzləşdirmək barədə qərar qəbul edib. Qərar növbəti bildirişə qədər qüvvədədir”, – məlumatda bildirilib.



