Finlandiya Ukraynaya ümumi dəyəri 16 milyon avro olan humanitar yardım göndərəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd olunur ki, yardım BMT-nin humanitar strukturları və Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə Kiyevə köçürüləcək.
Yanvarın 31-də isə Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumilikdə 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin ayrıldığını elan edib.