Xəbərlər

Finlandiya və Ukrayna hərbi əməkdaşlıq haqqında memorandum imzalayıb

Finlandiya və Ukraynanın müdafiə nazirləri Antti Hakkanen və Rustem Umerov ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair memorandum imzalayıblar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

“İkitərəfli sazişin məqsədi müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsidir”, – deyə məlumatda bildirilib.

“Daha sıx əməkdaşlıq sahələrinə müdafiə materialları məsələləri, məlumat mübadiləsi, tədqiqat və innovasiya fəaliyyəti, Finlandiya və Ukraynada sursat istehsalı və müdafiə ilə bağlı layihələr daxildir”, – Finlandiya Müdafiə Nazirliyi əlavə edib.