Xəbərlər

Finlandiya: Yeni təhlükəsizlik modeli bütün fəaliyyət sahələrini əhatə etməlidir

“Yeni təhlükəsizlik məsələləri təkcə hərbi sahə ilə məhdudlaşmamalı, bütün ictimai strukturu əhatə etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Finlandiyanın Baş naziri Petteri Orpo deyib.

“Təhlükəsizlik modeli hərtərəfli olmalıdır. Bəzən biz müdafiə haqqında çox danışırıq. Dayanıqlıq da eyni dərəcədə vacib amildir. Bu, cəmiyyətin düşüncə tərzinə, onun müdafiəyə hazır olmasına və təhlükəsizliklə bağlı qayğısına da aiddir”, – nazir əlavə edib.