Xəbərlər

Fransa və Britaniya hərbçiləri Kiyevə Qərbin dəstəyini müzakirə edəcəklər

Fransanın yüksək rütbəli hərbi məmurları Kiyevə səfər ediblər. Onlar orada aprelin 4-də Ukrayna hakimiyyəti ilə ölkə ərazisində Qərbin dəstəyinin təmin edilməsi məsələsini müzakirə etməyi planlaşdırırlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot NATO xarici işlər nazirlərinin iclası başlamazdan əvvəl bildirib.

“Sülhün bərqərar olduğu bir məqamda hərbi dəstək imkanlarına ehtiyac yaranacaq. Ona görə də hərbi rəhbərlərimiz bu məsələdə irəliləyiş əldə etmək üçün bu gün Kiyevdə olacaqlar”, – Barrot bildirib.