Xəbərlər

Fransanın Rubaix şəhərində yeni türk məscidi açılıb

Fransanın şimalında yerləşən Rubaix şəhərində 3 min nəfərlik ibadət sahəsi olan və tikintisi təxminən 12 il davam edən Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı Eyüp Sultan məscidinin açılışı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Diyanət İşləri Türk-İslam Birliyi açıqlama yayıb.

Eyüp Sultan Məscidinin açılışı üçün təşkil edilən mərasimdə Türkiyənin Parisdəki baş konsulu Kerem Yılmaz və digər rəsmi nümayəndələr iştirak edib.