Xəbərlər

Fransız sosialistləri Bayru hökumətinə qoşulmaqdan imtina edib

Fransa Sosialist Partiyasının üzvləri cümə günü Baş nazir vəzifəsinə təyin edilmiş Fransua Bayru hökumətinə qoşulmayacaqlar.

“Füyuzat”ın məlumatına görə, bu barədə partiyanın birinci katibi Olivye For “X”də yazıb.

“Sosialistlər hökumətdə iştirak etməyəcəklər və müxalifətdə qalacaqlar”, – For deyib.

Onun fikrincə, Bayrunun Baş nazir təyin edilməsi qərarı ölkədə “siyasi böhranı daha da gücləndirir”.

Sosialistlər həmçinin Bayruya məktub yazaraq, yeni Baş nazirə respublika konstitusiyasının parlamentdə səsvermə olmadan qanunların qəbuluna icazə verən 49.3-cü maddəsini tətbiq etməmək barədə xəbərdarlıq ediblər.