Xəbərlər

Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib

Fransa prezidenti Emmanuel Makron mərkəzçi Demokratik Hərəkat Partiyasının lideri Fransua Bayrunu ölkənin Baş naziri vəzifəsinə təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yelisey sarayı məlumat yayıb.

Beləliklə, 73 yaşlı Bayru dekabrın 4-də Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) hökumətinə etimadsızlıq barədə qətnamə qəbul etməsindən sonra istefa verən həmyaşıdı, 73 yaşlı Mişel Barnieri əvəz edib.