“Avropa ölkələri Böyük Britaniyanın iştirakı ilə Avropa Silahlanma Bankının və Ümumavropa Müdafiə Fondunun yaradılmasını müzakirə edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, Cənubi Afrikada toplaşan Avropa ölkələrinin maliyyə nazirləri Böyük Britaniyanın iştirakı ilə yenidən silahlanma bankının və ya ümumi fondun yaradılmasını müzakirə edirlər.