Xəbərlər

FT: Səkkiz ölkə Aİ-ni fəlakətlərə hazırlığı gücləndirməyə çağırıb

Hollandiya və digər yeddi Avropa ölkəsi Avropa Komissiyasını (AK) texnogen və təbii fəlakətlərə qarşı ictimai hazırlığı təcili olaraq təkmilləşdirməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti Niderlandın təhlükəsizlik və ədliyyə naziri David van Vielə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hollandiyalı nazir və onun Belçika, Lüksemburq, Finlandiya, İsveç və Baltikyanı ölkələrdən olan həmkarları mayın 22-də Brüsseldə görüşüblər.

Verilən məlumata görə, siyasi xadimlər Avropa İttifaqının (Aİ) tammiqyaslı münaqişə ehtimalına hazırlaşmaq üçün müdafiəyə külli miqdarda vəsait ayırdığı bir vaxtda ölkələrin dayanıqlığını necə artırmaq barədə məsələləri müzakirə ediblər.

“Biz hamımız bilirik ki, dünya dəyişir. Böhran və hətta müharibə təhlükəsinin real olduğu yeni geosiyasi mühitdəyik”, – David van Viel qeyd edib.