“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.
Jurnalın 142-ci sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısını, Elçin Bilaloğlunun “Ortaq Türk ordusu” və Həşim Səhrablının “Mətbuat, informasiya savaşları və gələcək dövlətçilik modelləri” adlı təhlillərini, Elçin İbrahimovun “Ortaq türkcənin bayraqdarı” və Füzuli Sabiroğlunun “İrəvanda qalan izlərimiz” adlı araşdırmalarını, Orxan Vəliyevin “Ana dil” və Muxtar Cəfərlinin “Dərd içində dərmanı görmək…” başlıqlı məqalələrini, Fidan Vahidin “Lola sırğalar” başlıqlı hekayəsini, Əkbər N.Nəcəfin “Tarixdə ilk qızılbaş hərəkatı” adlı araşdırmasını, Loğmanın “Dünyanın o başına da göynəyən adam…” başlıqlı elegiyasını, eyni zamanda Qərənfil Dünyaminqızının “Kommunist partiyası niyə dağıldı?” adlı məqaləsini oxuya bilərsiniz.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!