Fidan Vahid Xəbərlər

“Füyuzat” dərgisinin əməkdaşı Beynəlxalq elmi simpoziumda çıxış edib

“Füyuzat” dərgisinin bədii redaktoru, gənc araşdırmaçı Fidan Vahid “3-cü Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə doğru: 100-cü il dönümündə Türkoloji Qurultaydan bu günə ortaq əlifba məsələləri” adlı beynəlxalq elmi simpoziumunda “Əli bəy Hüseynzadənin “Siyasəti-fürusət” fəlsəfi traktatında bədii qəhrəmanın yolu” məruzəsi ilə çıxış edib.

Qeyd edək ki, Türk dünyasının nüfuzlu alimlərinin qatılıdığı simpozium MAFİ, TİKA, Yeni Türkiyə Strateji Araşdırmalar mərkəzi və Xəzər universitetinin birgə təşkilatçılığı ilə 2–3 mart tarixlərində təşkil edilmişdir.