Xəbərlər

“Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.

Jurnalın 134-cu sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Mahir Qəribovun “Əhməd bəy Ağaoğlunun “Hikmət” qəzetindəki elmi-publisistik yazıları”, Əli Ağaoğlunun “Uzaq şərqdən yüksələn fəryad – Uyğur türkləri”, Elmin Nurinin “Qeyri-səlis məntiqin təhsilə tətbiq modelləri”, Əkbər N.Nəcəfin “Hindistanda türk dövlətinin memarı – Bayram xan”, Muxtar Cəfərlinin “İnsanın həqiqəti – qəlb”, Məsməxanım Qubadovanın “Leyli və Məcnun” operası necə yarandı?” başlıqlı məqalələri, Məhəmməd Füzulinin “Bilməm neçin?” şeiri, Cavid İsmayılın “27-ci komissar” , Nurəddin Ədiloğlunun “Yazdım ki, izim qala” yazıları ilə tanış ola bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!