Xəbərlər

“Füyuzat” dərgisinin yeni sayı işıq üzü görüb

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.

Jurnalın 141-ci sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Orxan Vəliyevin “Türk Dövlətləri Təşkilatı və milli birlik”, Əkbər N.Nəcəfin “Oğuz Fatehləri – Zəngilər” başlıqlı araşdırmaları, Həşim Səhrablının “Bütün münaqişələrin səbəbkarları” adlı təhlili, Fidan Vahidin “Ömür səhrasının Güneyi”, Muxtar Cəfərlinin “Məkanın ülviyyəti”, Samir Ramizoğlunun “İnsanı yaşadan nədir?”, Ülviyyə Rəhmanın “Torpaq nədir?” bədii yazıları, Vaqif Sultanlının “Legion ədəbiyyatı”, Elmin Nurinin “Xəzinə kitablar – elm tarixi” adlı araşdırmaları, Üzeyir Hacıbəylinin “Dördgöz olmalıyıq” məqaləsi, İbrahim Gürelin “Sihirbaz” hekayəsi və Əbdülxaliq Cənnətinin “Sancaq” şeiri ilə tanış ola bilərsiniz.

Qeyd edək ki, artıq dərgidə ənənə halını alan türkcə yazıların davamı olaraq bu dəfəki nömrədə türk yazarımız İbrahim Gürelin “Sihirbaz” hekayəsi orijinal dili və üslubu qorunmaqla çap olunub.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!