“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında – 140-cı nömrədə müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.
Jurnalın yeni sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Bəxtiyar Vahabzadənin “Yaşamaq istəyirəm” adlı şeiri, Mahir Qəribovun “Əhməd bəy Ağaoğlunun “Yeni Məcmuə” dərgisindəki yazıları”, Əkbər N.Nəcəfin “Oğuz fatehləri – Zəngilər” adlı araşdırmaları, Ramin Paşazadənin “Rza Diqqəti ilə müsahibəsi”ni, Elmin Nurinin “Dünyanı heyrətləndirən türk alim – Əl-Biruni”, Sübhan Talıblının “1918-ci il Salyan soyqırımı”, Əli Ağaoğlunun “Kimdir Yəhuda İskaryot?”, Ülviyyə Rəhmanın “Füyuzat” məcmuəsinin kiprli yazarı – Əhməd Raiq” başlıqlı araşdırmalarını, Muxtar Cəfərlinin “Məsuliyyət yükü”, Ekrem Özülkerin “Kapı”, Yunus Müşfiqin “Babi-Əziz: ruhunu seyr edən şahzadə” adlı məqaləsini oxuya bilərsiniz.
Qeyd edək ki, artıq dərgidə ənənə halını alan türkcə yazıların davamı olaraq bu dəfəki nömrədə türk yazarımız Ekrem Özülkerin “Kapı” hekayəsi orijinal dili və üslubu qorunmaqla çap olunmuşdur.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!