Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binasında yerləşən radio otağında MİMTA Fondunun təsisçiliyi ilə yenidən işıq üzü görən “Füyuzat” jurnalının və MİMTA yayımları tərəfindən nəşr olunan “Dirilik” məcmuəsinin nömrələri tələbələrə təqdim olunub.
1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş, 28 nömrədən ibarət toplusu ilə yanaşı, “Füyuzat” jurnalının nömrələrindən də yararlanmaq mümkündür.
Tələbələr keçdikləri fənlər və araşdırdıqları mövzular çərçivəsində bu nəşrlərdən istifadə edə bilərlər. Bunun üçün radio otağına yaxınlaşaraq ad, soyad, qrup və əlaqə nömrələrini qeyd etmək kifayətdir.



