Xəbərlər

“Füyuzat” jurnalı və “Dirilik” məcmuəsinin nömrələri tələbələrin istifadəsinə verilib

Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binasında yerləşən radio otağında “Füyuzat” jurnalının və MİMTA yayımları tərəfindən nəşr olunan “Dirilik” məcmuəsinin nömrələri tələbələrin istifadəsinə verilir.

1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş, 28 nömrədən ibarət toplusu ilə yanaşı, “Füyuzat” jurnalının nömrələrindən də yararlanmaq mümkündür.

Tələbələr keçdikləri fənlər və araşdırdıqları mövzular çərçivəsində bu nəşrlərdən istifadə edə bilərlər. Bunun üçün radio otağına yaxınlaşaraq ad, soyad, qrup və əlaqə nömrələrini qeyd etmək kifayətdir.