Xəbərlər

G7 dekabrın 13-də onlayn sammit keçirməyi planlaşdırır

“Yeddilik Qrupu (G7) ölkələrinin liderləri gələn həftə onlayn görüş keçirməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

“Görüşdə G7 liderlərinin ABŞ-ın yeni prezidenti Donald Trampın andiçmə mərasimi ərəfəsində birliklərini təsdiqləmək niyyətində olduqları vurğulanacaq. Danışıqların əsas mövzularının Ukrayna və Yaxın Şərqdəki vəziyyət olacağı gözlənilir. Həmçinin qeyd edilir ki, G7 liderləri Rusiya Federasiyası və Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə edə bilərlər”, – məlumatda bildirilib.