“Yeddilik Qrupunun (G7) liderləri İsrail və HƏMAS arasında Qəzza zolağında saxlanılan girovların azad edilməsi və anklavda atəşkəsin tətbiqi ilə bağlı razılaşmanın bağlanmasını alqışlayıb və tərəflərdən operativ olmalarını tələb edib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu G7 ölkələrinin qeyri-rəsmi bəyanatında bildirilib.
“Biz, G7 liderləri, İsrail və HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasını tam dəstəkləyirik və dəstəkləyəcəyik. Sazişin bütün tərəflərindən humanitar yardımların təhlükəsiz, sürətli və maneəsiz keçməsini təmin etməyi tələb edirik. Humanitar işçilər də daxil olmaqla mülki şəxslərin müdafiəsi təmin edilməlidir”, – məlumatda bildirilib.