Türkiyənin Gümüşhane Universitetində “GÜNİFEST Bahar Şənlikləri” keçirilib.
“Füyuzat” xəbər verir ki, müxtəlif mədəniyyətləri bir araya gətirən tədbirdə ölkəmizin zəngin mədəniyyətini, qardaşlıq ruhunu, milli mətbəxini tanıtmaq məqsədilə təşkil edilən “Azərbaycan stendi” maraq doğurub.
Ziyarətçilərə mədəni dəyərlərimiz, bayraqlarımız, ənənəvi naxışlarımız və Azərbaycan–Türkiyə qardaşlığını əks etdirən müxtəlif elementlər təqdim olunub.
“Azərbaycan stendini” Gümüşhane Universitetinin rektoru professor Oktay Yıldıza, eləcə də müxtəlif qurumların təmsilçiləri, ictimai təşkilatların nümayəndələri, tələbələr ziyarət ediblər.
Stendi təşkil edən Gümüşhanə Universiteti Azərbaycan təmsilçiliyinin sədri Yusif Həsənov qeyd edib ki, “Bir millət, iki dövlət” anlayışının bir daha hiss edildiyi festival bütün iştirakçılar üçün unudulmaz xatirəyə çevrilib.



