Xəbərlər

Gürcüstan Azərbaycan və Ermənistana üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edib

“Gürcüstan Azərbaycan və Ermənistana müxtəlif sahələrdə üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Gürcüstan-Azərbaycan komissiyasının iclasında deyib.

“Biz konkret praktiki addımların atılmasında və regionda əməkdaşlığın təşviqində maraqlıyıq”, – Gürcüstan Baş naziri qeyd edib.