“Aprelin 28-dən mayın 8-dək Tbilisi yaxınlığındakı Krtsanisi şəhərində Gürcüstan-NATO Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin (JTEC) ərazisində Gürcüstan və NATO hərbçiləri arasında komanda-qərargah təlimləri keçiriləcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın Tbilisidəki səfirliyi məlumat yayıb.
“İtaliyanın Gürcüstandakı səfiri Massimiliano D’Antuono bu gün Tbilisidə Gürcüstan-NATO təliminə hazırlığın ikinci mərhələsini başa vuran Vittorio Veneto diviziyasının hərbçilərindən ibarət nümayəndə heyəti ilə görüşüb”, – məlumatda bildirilib.