Xəbərlər

Gürcüstan parlamenti Fransanı yeni seçkilər keçirməyə çağırıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili siyasi böhrandan çıxış yolu kimi Fransa hakimiyyətini yeni seçkilər keçirməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bunu Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

“Mənim Fransanın daxili işlərinə qarışmaq fikrim yoxdur. Amma nəzərə alsaq ki, fransızların 61%-i Fransa prezidenti Emmanuel Makronun istefasını dəstəkləyir və 50%-i Milli Assambleyanın buraxılmasını istəyir, yeni seçkilər siyasi böhranı həll etmək üçün yaxşı həll yolu ola bilər”, – o bildirib.