“Yaz sessiyası zamanı Gürcüstan parlamenti Mixail Saakaşvili rejiminin “cinayətlərini” öyrənmək üçün komissiya yaradacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.
“Saakaşvili rejiminə qiymət vermək üçün Gürcüstan parlamentinin yaz sessiyasının birinci həftəsində 2003-2012-ci illərdə iqtidarda olan rejimi və həbsdə olan şəxsləri araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılacaq”, – Mdinaradze bildirib.