Xəbərlər

Gürcüstan XİN: Böyük Britaniyanın sanksiyaları ölkələr arasında dostluğa xələl gətirir

“Böyük Britaniyanın Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir Vaxtanq Qomelauriyə qarşı sanksiyaları iki ölkə arasında dostluğa xələl gətirir”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Böyük Britaniya səfiri Qaret Uord ilə görüşündə deyib.

Görüşdə gürcü tərəfi Böyük Britaniyanın gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsindən narahatlığını ifadə edib, bu cür hərəkətlərin iki ölkə arasında mövcud dostluğa xələl gətirdiyini izah edib.