Xəbərlər

Gürcüstanda yeni prezident Mixail Kavelaşvilinin inauqurasiyası keçiriləcək

“Gürcüstanın altıncı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi bazar günü keçiriləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Tədbirin yerli vaxtla saat 11:00-da başlayacağı bildirilib.

Qeyd edək ki, artıq Kavelaşvilini prezident seçmiş 300 seçicinin hamısına, o cümlədən deputatlara, Gürcü Pravoslav Kilsəsinin nümayəndələrinə, Konstitusiya və Ali Məhkəmələrin rəhbərlərinə, Mərkəzi Seçki Komissiyasına, Acarıstan hökumətinin başçısı Tornike Rijvadzeyə, parlament üzvlərinə dəvət göndərilib.

Xarici dövlətlərin Gürcüstanda akkreditə olunmuş səfirləri andiçmə mərasimində iştirak etməyəcəklər.