Xəbərlər

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edilə bilər

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hazırkı ədliyyə naziri Anri Oxanaşvilini Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri vəzifəsinə irəli sürüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Kobaxidze brifinqdə deyib.

“Cənab Anri Oxanaşvilinin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə namizədliyi Gürcüstan parlamentinə təqdim olunacaq”, – Kobaxidze brifinqdə deyib.

Baş nazirin sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalmış vəzifəsini tərk edib.