Xəbərlər

Gürcüstanın yeni baş naziri bəlli olub

Gürcüstanın yeni baş naziri “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze olub.

“Füyuzat”ın məlumatına görə, Gürcüstan parlamenti İrakli Qaribaşvilinin baş nazir vəzifəsindən istefa verməsinin ardından “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidzeni ölkənin yeni baş naziri seçib.

Qeyd edək ki, Qərbə və Ukraynaya qarşı sərt tənqidləri ilə tanınan Kobaxidze 2021-ci ildən “Gürcü Arzusu” Partiyasının sədridir.