Xəbərlər

Hakan Fidan Moskvadan sonra Kiyevə də səfər etməyi planlaşdırır

“Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada keçirdiyi görüşlərdən sonra həftənin sonunda Kiyevə səfər etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Moskvada Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Rusiya və Ukrayna arasında danışıqlarda Türkiyənin vasitəçilik rolunu təsdiqlətmək niyyətindədir.