Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrdən bildirilib.
“Nazirlər arasında telefon danışığı bu gün, yəni avqustun 7-də baş tutub. Rusiya və Ukrayna arasında danışıqlarda vəziyyət müzakirə olunub”, – məlumatda bildirilib.



