Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrinı istinadən “TRT Haber” məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələr müzakirə edilib, Suriyadakı hadisələr və Qəzzada humanitar vəziyyətə də toxunulub.
Görüş zamanı Rusiya-Ukrayna müharibəsində atəşkəsin yaradılması səyləri də müzakirə olunub.