Xəbərlər

Harvard Universitetinin 2,7 milyon dollarlıq qrantı ləğv edilib

ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvard Universitetinə ümumi dəyəri 2,7 milyon dollardan çox olan iki qrantı ləğv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem açıqlamasında bildirib.

“Bu addımlar ABŞ prezidenti Donald Trampın Harvard Universitetinə ayrılan 2,2 milyard dollarlıq federal maliyyəni dondurmaq qərarından və institutun vergidən azad statusunun nəzərdən keçirilməsi təklifindən sonra atılıb”, – o qeyd edib.